Türyançay Dövlət Təbiət Qoruğu və Hirkan Milli Parkının ərazilərində yanğın hadisəsi baş verib

Türyançay Dövlət Təbiət Qoruğu və Hirkan Milli Parkının ərazilərində yanğın hadisəsi baş verib
# 09 iyul 2014 17:19 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, Türyançay Dövlət Təbiət Qoruğunun 17-18-ci dolayının kəsişdiyi yerdə saat 15:00-da naməlum səbəblərdən başlayan yanğın saat 19:30-da tam lokallaşdırılıb. Hadisənin qarşısının alınmasına qoruq əməkdaşları ilə yanaşı ETSN-in yerli qurumlarının nümayəndələri, Ağdaş rayon Fövqəladə Hallar Nazirliyinin yanğınla mübarizə idarəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində qoruğun 5-6 hektar əraizisində qoru ot və kol örtüyünə ziyan dəyib.

Bu gün eyni zamanda, saat 16:30 radələrində Hirkan Milli Parkının Haptoni Meşəbəyliyinin 23 saylı dolayının ərazisində naməlum səbəbdən yanğın hadisəsi baş veirb. Yanğının qrşısının alınmasına milli parkın əməkdaşları və FHN-nin Lənkəran rayon Yanğın Əleyhinə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğın saat 19:00 radələrində tam söndürülüb. Yanğın nəticəsində milli parkın 23 sot ərazisində quru ot və böyürtkən kollarına ziyan dəyib.

Hazırda həm Türyançay Dövlət Təbiət Qoruğu, həm də Hirkan Milli Parkının ərazilərində baş verən yanğının səbəbləri və dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR