Gəncədə müasir sərnişin vaqonları istehsalı zavodunun tikintisinə başlanılacaq

Gəncədə müasir sərnişin vaqonları istehsalı zavodunun tikintisinə başlanılacaq
# 18 iyul 2014 16:36 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Yaxın günlərdə Gəncədə yeni müasir sərnişin vaqonları istehsalı zavodunun tikintisinə başlanılacaq.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilin ilk yarısında şəhərdə görülən işlərin hesabat yığıncağında deyib.

O qeyd edib ki, zavodun tikintisi üçün Gəncə Dəmir yol vağzalı yaxınlığında 30 hektar ərazi ayrılıb. İcra başçısı zavodun tikintisini aparacaq İsveçrənin «Stadler Rail Group» şirkətinin nümayəndələrinin yaxın günlərdə Gəncəyə səfər edəcəyini bildirib. E.Vəliyev vaqon deposunun bazasında tikiləcək zavodda 400-dən artıq insanın işlə təmin olunacağı deyib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi ilə «Stadler Rail Group» şirkəti arasında bağlanan müqaviləyə əsasən Gəncə şəhərində dəmir yolu üçün yataq və oturacaq tipli sərnişin vaqonlarının istehsalı və texniki xidməti məqsədi ilə müştərək müəssisənin yaradılması planlaşdırılır.

«Stadler Rail Group» şirkəti 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Hazırda 4 500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə zavodları fəaliyyət göstərir. «Stadler Rail Group»un istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları 13 ölkədə istismar olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR