Bakı-Qazax-Gürcüstan yolunda yol qəzasında ölən və yaralananlara görə 11,5 min manat kompensasiya verilib

Bakı-Qazax-Gürcüstan yolunda yol qəzasında ölən və yaralananlara görə 11,5 min manat kompensasiya verilib
# 31 oktyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyun ayının 1-də Bakı-Qazax-Gürcüstan yolunun 219-cu kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində iki ailə üzvünün vəfatı, digər bir ailə üzvünün isə sağlamlığına az ağır dərəcəli bədən xəsarəti alması ilə əlaqədar Azərbaycan vətəndaşlarına ümumilikdə 11 500 manat məbləğində kompensasiya ödənişi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR