Mətbuat Şurası Gəncədə bölgə jurnalistləri ilə görüş keçirib - FOTO

Mətbuat Şurası Gəncədə bölgə jurnalistləri ilə görüş keçirib - <span style="color: red;">FOTO
# 25 oktyabr 2014 18:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) nümayəndələri Gəncədə region jurnalistləri ilə bir araya gəlib.

APA-nın qərb bürosunun məlumatına görə, şuranın sədri Əflatun Amaşov, eləcə də komissiya sədrləri regionda nəşr olunan qəzetlərin redaktorları və ölkə KİV-lərinin yerlərdəki nümayəndələri ilə medianın gündəmində olan müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əsas müzakirə mövzusu isə dövri mətbuatda Azərbaycan dilinin norma və prinsiplərinin qorunması olub. Çıxış edənlər qeyd edib ki, bəzi KİV-lər mətbuat azadlığı şəraitindən sui-istifadə edərək işə qeyri-peşəkarlıq və şəxsi maraqlar prizmasından yanaşır. Bu isə mətbuatda həm dil, həm də jurnalistika normalarının pozulması hallarını meydana çıxarır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan dilinin qorunması ilə bağlı zəruri qanunvericilik bazası hazırlanıb. Sədr təəssüflə qeyd edib ki, bəzi hallarda medianın məsələyə həssas və məsuliyyətli yanaşmaması müəyyən problemlər ortaya çıxarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR