SKMF bu ilin əvvəlindən sahibkarlara 130 mln. manat güzəştli kredit ayırıb

SKMF bu ilin əvvəlindən sahibkarlara 130 mln. manat güzəştli kredit ayırıb
# 10 iyul 2014 12:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunun Qardili kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 2 676 sahibkara 129,6 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.

O qeyd edib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 274 investisiya layihəsinin maliyyələşdirilməsinə 355,9 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 30 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 49 sahibkara 1,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR