Ucarda avtomobil traktorla toqquşub, xəsarət alan var

Ucarda avtomobil traktorla toqquşub, xəsarət alan var
# 13 yanvar 2017 15:03 (UTC +04:00)

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Nurlan İmran oğlu Dəmirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Nəriman Sədiyar oğlu Zahidovun idarə etdiyi qoşqulu traktor toqquşub. Nəticədə N. Dəmirov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR