Türkiyə filmi Avropa Parlamentinin “Lüks Mükafatı”na layiq görülüb

Türkiyə filmi Avropa Parlamentinin “Lüks Mükafatı”na layiq görülüb
# 24 noyabr 2015 15:32 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Parlamentinin Strasburqda keçirilən növbəti sessiyasında qurumun kinemotoqrafiya sahəsindəki “Lüks Mükafatı”-nın qalibi müəyyən olunub.

APA-nın Avropa müxbirinin məlumatına görə, 2015-ci ilin bu mükafatı türkiyəli qadın rejissorun “Mustanq” filminə verilib. Sözügedən film zorla ərə verilmiş beş bacının həyatından bəhs edir.

Qeyd edək ki, finala 2 film çıxıb və qalib Avropa Parlamenti deputatları tərəfindən səsvermə nəticəsində məlum olub. Mükafatı filmin rejissoru Deniz Qamzə Ergüvənə Avropa Parlamentinin sədri Martin Şults təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR