“Rəvan” – “Kəpəz” oyununun vaxtı dəyişdirilib

“Rəvan” – “Kəpəz” oyununun vaxtı dəyişdirilib
# 29 fevral 2016 09:25 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XXIV turunun oyun cədvəlində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası “Rəvan” – “Kəpəz” matçının vaxtını dəyişib.

Buna oyunun canlı yayımlanması və hər iki klubun razılığı səbəb olub. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi martın 5-də deyil, 6-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR