Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 08 aprel 2016 20:55 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bu gün Şəmkirdə baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu, VAZ 2106 minik avtomobilinin sürücüsü, 1969-cu il təvəllüdlü Mürvət Məmmədov və sərnişin, 1971-ci il təvəllüdlü Rafiq Verdiyevdir.

Onların hər ikisinin Şəmkir sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

21:35

Şəmkir. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı yük avtomobili ilə VAZ 2106 minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Ehtimal olunur ki, ölənlər minik avtomobilinin sürücüsü və sərnişinidir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR