BMT TŞ Rusiyanın Suriyaya dair qətnamə layihəsini qəbul etməyib

BMT TŞ Rusiyanın Suriyaya dair qətnamə layihəsini qəbul etməyib
# 09 oktyabr 2016 00:12 (UTC +04:00)

Bakı-APA. BMT TŞ Rusiyanın təşkilatın xüsusi elçisi Staffan de Misturanın Suriyaya dair planını və 9 sentyabr tarixli Rusiya-ABŞ razılaşmasını dəstəkləyən qətnamə layihəsini qəbul etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi TŞ-in yalnız dörd üzvü dəstəkləyib, 9 nəfər “əleyhinə” və iki nəfər “bitərəf” olub.

Sənəd BMT-nin xüsusi elçisi Staffan de Misturanın silahlıların Hələbdən çıxarılmasına dair təşəbbüsünü dəstəkləyir və 9 sentyabr tarixli Rusiya-ABŞ razılaşmasının icra olunmasını tələb edir. Qeyd edək ki, razılaşmanın mətni qətnamə layihəsinə əlavə olunub.

Sənəddə həmçinin hərbi əməliyyatların dərhal dayandırılması tələb olunur, mötədil müxalifətin “Cəbhə ən-Nüsrə” terror qruplaşmasından dərhal ayrılmasının vacibliyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR