Dünya Bankı dünya iqtisadiyyatının artım proqnozunu 2,9%-dək aşağı salıb

Dünya Bankı dünya iqtisadiyyatının artım proqnozunu 2,9%-dək aşağı salıb
# 06 yanvar 2016 22:23 (UTC +04:00)

Bakı-APA. Dünya Bankı 2016-cı ildə dünya iqtisadiyyatının artım proqnozunu iyunda proqnozlaşdırılan 3,3%-dən 2,9%-dək aşağı salıb.

APA-nın məlumatına görə, bu barədə Dünya Bankının açıqlamasında deyilir.

Bununla belə, 2015-ci il ilə müqayisədə dünya iqtisadiyyatının artım sürəti yüksələcək. Bankın proqnozuna görə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı 4,8% artacaq, ABŞ-da 2,7, Avrozonada 1,7% artım müşahidə ediləcək. Çin iqtisadiyyatında isə 6,7% tənəzzül gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR