Ağdamda 50 yaşlı kişini elektrik cərəyanı vurub

Ağdamda 50 yaşlı kişini elektrik cərəyanı vurub
# 27 may 2016 12:21 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda 50 yaşlı kişini elektrik cərəyanı vurub.

Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, Bənövşələr qəsəbəsində məskunlaşmış Xocalı sakini, 1966-cı il təvəllüdlü Quliyev Barat Süleyman oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkim nəzarətində saxlanılan B. Quliyevin vəziyyəti orta-ağırdır.

Məlumata görə, o, yüksək gərginlikli transformatora müdaxilə etmək istəyərkən elektrik cərəyanı vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR