ABŞ İdlibdəki xəstəxananın kim tərəfindən bombalanmasını Rusiya ilə birgə araşdıracaq

ABŞ İdlibdəki xəstəxananın kim tərəfindən bombalanmasını Rusiya ilə birgə araşdıracaq
# 01 iyun 2016 02:56 (UTC +04:00)

Bakı-APA. ABŞ nümayəndələri Rusiya tərəfi ilə birlikdə Suriyanın İdlib şəhərindəki xəstəxanaya hava zərbəsi endirənlərin müəyyənləşdirilməsi ilə məşğul olacaqlar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

“Atəşkəs rejimi çərçivəsində baş verənlərin araşdırılmasında biz Rusiya ilə sıx əməkdaşlığı davam etdirəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, Suriyanın İdlib şəhərindəki xəstəxanaya hava zərbəsinin endirilməsi nəticəsində 28 mülki şəxs həlak olub. Hava hücumunun kim tərəfindən törədildiyi hələ də məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR