Kreml: Putin Obama ilə görüşməyə hazırdır - VİDEO

Kreml: Putin Obama ilə görüşməyə hazırdır - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2015 22:30 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Putin dialoqa həmişə hazırdır, əsasən də, həmkarı Obama ilə. Lakin hələlik buna dair razılaşma yoxdur ”, deyə Peskov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasında görüşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, ABŞ tərəfindən belə bir təşəbbüsün gələrsə, görüş baş tuta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR