ATƏT Xarici İşlər Nazirlərinin növbəti toplantısı Serbiyanın paytaxtı Belqradda keçiriləcək

ATƏT Xarici İşlər Nazirlərinin növbəti toplantısı Serbiyanın paytaxtı Belqradda keçiriləcək
# 20 oktyabr 2015 06:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ATƏT Xarici İşlər Nazirlər Şurasının 22-ci toplantısı 3-4 dekabr tarixlərində Serbiyanın paytaxtı Belqardda keçiriləcək.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, toplantı ATƏT-in hazırkı sədri İvitsa Daçiçin təklifi əsasında baş tutub.

Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəetmə orqanıdır. ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri arasında keçirilən toplantıda ötən il ərzində təşkilatın fəaliyyəti qiymətləndirilir və təhlükəsizlik məsələləri üzrə istiqamətlər müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR