Bakıda “Avropa Şəhərciyi 2016” festivalı keçirilib

Bakıda “Avropa Şəhərciyi 2016” festivalı keçirilib
# 01 oktyabr 2016 13:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi ittifaqa üzv ölkələrin səfirlikləri ilə birlikdə Milli Dənizkənarı Parkda “Avropa Şəhərciyi 2016” festivalı keçirib.

APA-nın məlumatına görə, festivalın açılış mərasimində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Avropa ölkələrinin səfirləri iştirak edib.

Malena Mard bildirib ki, festival Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 25 illik yubileyinə həsr olunub: “Festivalın keçirilməsindən əsas məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Tədbir zamanı 21 səfirliyin stendlərində ölkələr, turizm imkanları, səfirliklərin Azərbaycandakı fəaliyyəti, eləcə də Avropa İttifaqı ilə Azərbaycanın 25 illik əməkdaşlıq ərzində əldə etdikləri nailiyyət barədə məlumat ala biləcəksiniz. “Avropa Şəhərciyi” layihəsində Avropa İttifaqında üzv ölkələr geniş tərkibdə iştirak edir. Bu, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı bilavasitə davam etdirmək niyyətində və qərarında olduğunu göstərir”.

Tədbirdə Avropa İttifaqına üzv ölkələrin stendlərində hədiyyə və təqdimatlarla yanaşı, uşaqlar və böyüklər üçün müsabiqələr keçirilib, milli rəqs və mahnılar ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR