Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
# 29 aprel 2016 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin növbəti plenar iclası mayın 6-da keçiriləcək.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 16 məsələ daxildir.

Gündəliyə Azərbaycan və Türkiyə arasında imzalanan bir neçə sənədin ratifikasiyası, Miqrasiya və Cinayət məcəllələrinə dəyişikliklər, bir neçə hakimin təyinatı, “Bank haqqında” qanuna dəyişiklik və sair məsələlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR