Rumıniyalı futbolçuları daşıyan avtobus qəzaya uğrayıb, 20 nəfər yaralanıb

Rumıniyalı futbolçuları daşıyan avtobus qəzaya uğrayıb, 20 nəfər yaralanıb
# 06 avqust 2016 19:56 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR