Firudin Sinirlioğlu: “Dağlıq Qarabağ münaqişəsinin həllinə Ermənistanın da ehtiyacı var”

Firudin Sinirlioğlu: “Dağlıq Qarabağ münaqişəsinin həllinə Ermənistanın da ehtiyacı var”
# 16 sentyabr 2015 12:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu deyib. O bildirib ki, Ermənistan bu problemi daha nə qədər davam edə bilər, bunu ciddi mənada düşünmək lazımdır: “Əgər Ermənistan regional təhlükəsizliyə, beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək istəyirsə, müzakirələrdə bir nəticə alınması üçün ciddi mənada səy ortaya qoymalıdır. Bütün əlaqədar ölkələr bu prosesə donmuş məsələ kimi baxmalı deyil. Onlar donmuş bir münaqişə hər zaman partlaya bilər həqiqətini nəzərə alaraq həll üçün səy göstərməlidir. Bu problemin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunacağına inanırıq. Bunun daha artıq təxirə salınması qəbuledilməzdir. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması və bu hadisənin sıradan bir hadisə kimi qəbul edilməsi ağıla sığmayan bir işdir və bu ağlasığmaz durum dəyişəcək“.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR