Azərbaycan prezidenti Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub
# 04 noyabr 2015 12:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.

APA-nın məlumatına görə, ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq.

Dövlət başçısı kompleksdə hazır nümunəvi otaqlara baxıb.

Diqqətə çatdırılıb ki, kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarında olacaq. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də olacaq.

Prezident İlham Əliyev hazır kotteclərdə yaradılan şəraitlə də tanış oldu. Kotteclərin hər biri müasir standartlar səviyyəsində inşa olunub. Kompleks istifadəyə veriləndən sonra burada 310 nəfər işlə təmin ediləcək.

Dövlət başçısı inşaat işlərinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR