Ermənistanda yeni müdafiə naziri təyin olunub

Ermənistanda yeni müdafiə naziri təyin olunub
# 03 oktyabr 2016 11:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.

APA-nın “newsarmenia.am” saytına istinadən verdiyi məlumata görə, Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının rəhbəri olub.

V. Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR