Bu il Azərbaycanda istehlak bazarı 2%-dək artıb

Bu il Azərbaycanda istehlak bazarı 2%-dək artıb
# 18 iyun 2016 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 mlrd. manat olmaqla 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,8% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-may aylarının səviyyəsini real ifadədə 2,0% üstələyərək 13,6 mlrd. manata bərabər olub.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 295,3 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 31,6 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR