Hacıqabulda tapılan meyitin şəxsiyyəti müəyyən edilib

Hacıqabulda tapılan meyitin şəxsiyyəti müəyyən edilib
# 13 avqust 2016 07:39 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün altında tapılan kişi meyitinin şəxsiyyəti müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, ötən gün səhər saat 5.00 radələrində tapılan meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinə göndərilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyiti tapılan şəxsin Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Qasımov Mübariz Filippin oğludur.

Meyit müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.

Qeyd olunub ki, meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməsə də, adı çəkilən şəxsin narkotik vasitənin yüksək doza qəbulundan öldüyü ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR