NİİM: Bakının əsas küçə və prospektlərində avtomobillərin orta hərəkət sürəti artıb

NİİM: Bakının əsas küçə və prospektlərində avtomobillərin orta hərəkət sürəti artıb
# 19 oktyabr 2015 07:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı şəhərinin əsas küçə və prospektlərində sentyabr ayında nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb.

Bu barədə “APA-Economics”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

NİİM tərəfindən idarə olunan yol kəsişmələrində işıqforlara yeni vaxt planlarının tətbiq olunması, irəli sürülən təkliflər və Ziya Bünyadov prospektinin tam istifadəyə verilməsi nəticəsində Bakı şəhərinin əsas küçə və prospektlərində cari ilin sentyabr ayında keçən illə müqayisədə nəqliyyat vasitələrinin orta hərəkət sürəti artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR