Qarabağ probleminin AŞPA-da müzakirəyə çıxarılıb-çıxarılmayacağına Büro qərar verəcək

Qarabağ probleminin AŞPA-da müzakirəyə çıxarılıb-çıxarılmayacağına Büro qərar verəcək
# 14 aprel 2016 10:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində baş verən son hadisələrin müzakirə olunub-olunmayacağına aprelin 18-də keçiriləcək Büro iclasında qərar veriləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S. Seyidov qeyd edib ki, artıq bununla bağlı müxtəlif müraciətlər var: “Məsələn, Azərbaycan, Ermənistan və başqa tərəflərin müraciətləri var. Bu müraciətlər eyni problemə müxtəlif tərzdə yanaşmaları özündə əks etdirdiyi üçün Büro iclasında müzakirələr təşkil olunacaq. Məsələnin AŞPA-da müzakirə olunub-olunmayacağı Büro iclasının nəticəsindən sonra məlum olacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR