Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq
# 16 avqust 2016 16:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə avqustun 17-də saat 09:00-dan 18:00-dək Binəqədi rayonu 28-may və Mədən yaşayış massivi ərazisində, həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Səbail rayonunun Bayıl və Badamdar ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR