Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi çevriliş cəhdini qınayıb

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi çevriliş cəhdini qınayıb
# 19 iyul 2016 16:23 (UTC +04:00)


İstanbul. Mayis Əlizadə - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini qınayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, R. Həsənovun yazılı açıqlamasında bildirilir: “Türk xalqına, Türkiyənin demokratik yolla seçilmiş hökumətinə, konstitusion qurumlarına və hüququn üstünlüyünə bəzi hərbi ünsürlər tərəfindən gerçəkləşdirilən çevriliş təşəbbüsünü şiddətlə qınayıram”.

R. Həsənov ölkənin gələcəyini müdafiə etmək üçün həyatını fəda etmiş insanların ölümündən böyük üzüntü duyduğunu vurğulayıb. O, Şuranın qurucu sənədi olan Naxçıvan sazişində ortaya qoyulan hüququn üstünlüyü, yaxşı idarəçilik, insan haqları və əsas azadlıqların təminat altına alındığını xatırladaraq, Türkiyədə həyatın sürətlə normal axarına dönməsini arzu etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR