Müxtəlif yerlərdən 100 min manatdan çox oğurluq edən dəstə zərərsizləşdirilib

Müxtəlif yerlərdən 100 min manatdan çox oğurluq edən dəstə zərərsizləşdirilib
# 26 yanvar 2016 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Lənkəranda silsilə oğurluqlar törədən dəstə zərərsizləşdirilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Sütəmurdov kənd sakinləri Əli Şükürzadə, Qədir Cəfərov, Ruslan Kərimli və Kamran Rəhimov tutulublar.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər Sütəmurdov kəndində poçt məntəqəsindən pul və danışıq kartları, rayonun Güyşaban kənd sakini İlqar Abdullayevə, Sütəmurdov kənd sakinləri Möhübbət və İlham Şükürovlara məxsus evlərdən içərisində 5 000 manat pul olan seyf, 80 min manat dəyərində qızıl-zinət əşyaları, “Vinçester” markalı ov tüfəngi, İ. Şükürova məxsus pivə zavodundakı seyfdən 8 000 manat pul oğurlayıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR