SAP-ın MDB ölkələri üzrə yeni icraçı direktoru təyin olunub

SAP-ın MDB ölkələri üzrə yeni icraçı direktoru təyin olunub
# 11 fevral 2016 07:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünyanın aparıcı İT təsisatlarından olan SAP şirkətinin MDB ölkələri üzrə yeni top meneceri təyin olunub.

APA-Economics” xəbər verir ki, Yevgeniy Matveyev SAP-ın MDB-nin 5 ölkəsi - Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzrə icraçı direktoru təyin olunub.

“Regionda SAP-ın strateji prioritetlərinə dövlət qurumları ilə münasibətlərin möhkəmləndirilməsi, regionun hər ölkəsində sənaye təcrübəsinin biznesin idarə olunmasına uyğunlaşdırılması, innovasiyanın inkişafına dəstək və yerli İT kadrların hazırlanması aiddir”, - deyə Y. Matveyev bildirib.

Qeyd edək ki, SAP korporativ sektor üçün nəzərdə tutulmuş proqram təminatı və servislər tərtibatçısıdır. Şirkətin qərargahı Valdiorfda (Almaniya) yerləşir və dünyanın 130-dan yuxarı ölkəsində nümayəndəlikləri mövcuddur. Şirkət biznesin idarəetməsi əlavələri, məlumat bazalarının və texnologiyaların idarəetməsi, mobil texnologiyalar, bulud texnologiyaları, biznes proseslərin təhlili kimi geniş çeşidli xidmətlər və məhsullar təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR