Musiqili Teatr “Mənim günahım” tamaşasını səhnəyə hazırlayır

Musiqili Teatr “Mənim günahım” tamaşasını səhnəyə hazırlayır
# 20 aprel 2016 13:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Musiqili Teatrında İlyas Əfəndiyevin “Mənim günahım” tamaşası səhnəyə hazırlanacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsərinin ideya müəllifi və rəhbəri teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Elnur Axundov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

Tamaşada baş qəhrəmanı - Nurcahan obrazını xalq artisti Şükufə Yusupova canlandıracaq. Ayqız obrazını isə Cəlalə Novruzlu ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR