Əfqanıstanda ölən mülki vətəndaşların sayı rekord həddə çatıb

Əfqanıstanda ölən mülki vətəndaşların sayı rekord həddə çatıb
# 25 iyul 2016 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. 2016-cı ilin birinci yarısında Əfqanıstanda ölən və zərər çəkən mülki vətəndaşların sayı rekord səviyyəyə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) açıqladığı hesabatda deyilir. “Bu ilin yanvarından iyununa qədər BMT 1601 mülki sakinin ölümünü qeydə alıb, 3565 nəfər isə xəsarətlər alıb. Əfqanıstanda mülki sakinlər arasında ölən və xəsarət alanların ümümi sayı 2015-ci ilin birinci yarısı ilə müqayisədə 4% çoxdur”, - deyə açıqlamada bildirilir.

Təşkilatdan o da deyilib ki, ölən və xəsarət alan əlanlardan 1509-u uşaqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR