Qubada "Toyota" markalı minik avtomobili yanıb

Qubada "Toyota" markalı minik avtomobili yanıb
# 26 may 2016 23:36 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR