Bakıda iki avtomobil toqquşub

Bakıda iki avtomobil toqquşub
# 24 avqust 2016 15:37 (UTC +04:00)

Bakı-APA. Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektində, Çevik Polis Alayının keçmiş binasının qarsısındakı yol ötürücüsünün yanında “Toyota” markalı avtomobillə “Mercedes” toqquşub.

Yolda qısamüddətli sıxlıq yaranıb. Əraziyə cəlb olunan əlavə polis qüvvələrinin səyi nəticəsində sıxlıq aradan qaldırılıb. Yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Qəza nəticəsində ölən və xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR