Şarmazanov: “Kür çayı istiqamətini dəyişib Qara dənizə tökülər, amma Qarabağ Azərbaycanın tərkibində yer almaz”

Şarmazanov:  “Kür çayı istiqamətini dəyişib Qara dənizə tökülər, amma Qarabağ Azərbaycanın tərkibində yer almaz”
# 23 iyul 2016 13:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Kür çayı istiqamətini dəyişib Qara dənizə tökülər, amma Qarabağ Azərbaycanın tərkibində yer almaz”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov Milli Məclisin vitse-spikeri Ziyafət Əsəgrovun dünən APA-ya verdiyi “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olması” ilə bağlı verdiyi açıqlamasına cavab olaraq deyib.

E. Şarmazanov bildirib ki, Qarabağ münaqişəsi Helsinki Yekun Aktında əksini tapan xalqların öz müqəddəratını təyin etmək, ərazi bütövlüyü və gücdən istifadə etməmək prinsipləri əsasında həll edilməlidir:

“Beynəlxalq vasitəçilər və erməni tərəfi də bunu iddia edir. Dağlıq Qarabağın statusunu Azərbaycan deyil, Qarabağ xalqının iradəsi əsasında beynəlxalq birlik müəyyənləşdirir. Burda ikinci fikir ola bilməz. Yeri gəlmişkən, bu barədə təkcə erməni tərəfi deyil, eyni zamanda Minsk qrupu həmsədrləri də deyir”,-deyə E. Şarmazanov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Milli Məclisin spikeri Ziyafət Əsgərov APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Azərbaycanın onlara ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR