Abşeronda “Shacman” minik avtomobilini əzib, sürücüsü ölüb

Abşeronda “Shacman” minik avtomobilini əzib, sürücüsü ölüb
# 01 mart 2016 06:09 (UTC +04:00)

Bakı-APA. Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşması barədə məlumat daxil olub. Nəticədə minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:57-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR