Azərbaycan Ordusu şəhid verib

Azərbaycan Ordusu şəhid verib
# 17 dekabr 2015 08:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Məlumatda o da bildirilir ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.

Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR