Ekoloji qanunvericiliyi pozanlara 11420 manat cərimə tətbiq edilib

Ekoloji qanunvericiliyi pozanlara 11420 manat cərimə tətbiq edilib
# 18 mart 2016 08:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 1-15 mart tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 31 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 14 iş üzrə 11420 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 8 iş üzrə 92161 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 179 iş üzrə 36704.16 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 23, icra qurumlarına 4, məhkəmələrə isə 6 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR