“İnformatika” vəsaitinin təkmilləşdirilmiş nəşri çap olunub

“İnformatika” vəsaitinin təkmilləşdirilmiş nəşri çap olunub
# 26 noyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “İnformatika” vəsaitinin yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrini oxucuların istifadəsinə verib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vəsait tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib.

İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur: “Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək”.

Kitab 13 fəsildən və hər birində 25 test tapşırığı olmaqla sınaq testləri blokundan ibarətdir: “Bu test tapşırığı nümunələri magistraturaya qəbula hazırlaşanlara fəsillər üzrə mənimsəmə səviyyələrini yoxlamağa imkan yaradır”.

Vəsaitin sonunda "Sınaq testləri" bölməsində 10 variantda test tapşırıqları və onların düzgün cavabları da verilib.

Vəsaiti www.abiturient.az saytından sifariş etmək və ya TQDK-nın Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. ünvanında yerləşən binasındakı “Abituriyent” satış köşkündən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR