Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 15 avqust 2016 16:58 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı – APA. Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara yolunun 56-cı kilometrliyində Salyan sakini, 36 yaşlı Nəzirov Yasər Yaşar oğlunun idarə etdiyi “VAZ 2115” markalı, 90 BR 415 dövlət nömrə nişanlı avtomobil Şürat Mənsimovun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə Y. Nəzirov və sərnişini Rəsul Nəcəfov ağır bədən xəsarətləri alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR