Şirvanda avtomobil mağazaya çırpılıb, sürücü ölüb

Şirvanda avtomobil mağazaya çırpılıb, sürücü ölüb
# 14 aprel 2016 14:08 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 14.30 radələrində Çılpaqlı qəsəbəsində Şirvan sakini, 1962-ci il təvəllüdlü Bağırov Gülasət Əbil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99 FD 124 dövlət nömrə-nişanlı yük avtomobili yoldan çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı bir iri buynuzlu heyvan da tələf olub, magistral qaz xətti ciddi zədələnib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR