Gürcüstanda azərbaycanlı jurnalistin obyekti yanıb

Gürcüstanda azərbaycanlı jurnalistin obyekti yanıb
# 26 iyul 2016 14:48 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hadisə İctimai Televiziyanın (İTV) Gürcüstan üzrə keçmiş müxbiri Təhməz Təhməzova məxsus ərazisi 450 kv.m. olan iaşə obyektində qeydə alınıb.

T. Təhməzov APA-ya yanan obyektin ona məxsus olduğunu təsdiqləyib, əlavə edib ki, obyekt kiçik bir anbardır, mütəmadi istifadə olunan yer deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR