Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
# 18 may 2016 09:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda akademik Tofiq Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

APA-nın məlumatına görə, AMEA vitse-prezidenti İsa Həbibbəyli Tofiq Hacıyevin həyatı və elmi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, Azərbaycanda böyük dilçilik məktəbi yaratmış alimlərdən biridir: “Tofiq Hacıyev irsi və onun əsərləri dilçilik tarixi üçün bir örnəkdir. Onun müasir Azərbaycan dilçiliyinin inkişafı və xüsusilə ədəbi dilin öyrənilməsində xidmətləri əvəzsizdir. Tofiq Hacıyev həm də türkologiya elminin araşdırılmasında böyük rol oynayıb. Görkəmli alim Bakı Dövlət Universitetinin müəllimi olarkən milli kadrların yetişməsi üçün çalışıb, çoxsaylı monoqrafiyalarında Azərbaycan dilinin incəliklərini tədris edib".

Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri haqqında danışıb.

Tədbirin digər iştirakçıları da çıxışlarında T. Hacıyev haqqında xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR