Sabah Bakıda Avropa çempionatının final mərhələsi start götürəcək

Sabah Bakıda Avropa çempionatının final mərhələsi start götürəcək
# 04 may 2016 09:19 (UTC +04:00)

Bakı – APA. Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 17 gün ərzində bütün qitənin diqqəti Azərbaycanda keçiriləcək yarışa yönələcək.

16 ən güclü yığmanın mübarizə aparacağı yarış gələcəyin ulduzlarını üzə çıxaracağından seleksiya baxımından da böyük əhəmiyyət kəsb edir. Bu üzdən qitənin bir sıra aparıcı klublarının skautları da Bakıya təşrif buyurub.

İspaniya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya kimi yığmaların mükafata iddia etdiyi çempionata meydan sahibi kimi qatılan Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionatının həlledici mərhələsində oynayacaq. Ümumiyyətlə, bütün futbol yığmaları tarixində (futzal istisna olmaqla) ilk dəfə Avropa çempionatında ölkəmiz də olacaq. Düzdü, SSRİ dövründə təmsilçilərimiz bu yarışda iştirak edə biliblər. Amma U-19 və U-21-lə Avropa çempionluğu yaşayan həmin təmsilçilərimiz heç vaxt U-17-lərin (əvvəl U-16) turnirində qızıl medal əldə etməyib. Yarışın tarixinə nəzərə salsaq, 1982-2001-ci illərdə 16, 2001-ci ildən sonra isə 17 yaşadək oyunçular çıxış edir.

U-17-lərin 15-ci, ümumilikdə isə 34-cü çempionatının qarşılaşmaları Bakının 4 stadionunda keçiriləcək. “Qarabağ” stadionu yalnız qrupdakı 6 görüşə ev sahibliyi edəcəksə, 8-ci km qəsəbə stadionu və “Dalğa Arena” həmin raundun 6 görüşü ilə yanaşı, 1/4 finalın 2 matçına da məkan olacaq. Bakı Olimpiya Stadionu isə 6 qrup oyunu, yarımfinal və finalı qəbul edəcək.

31 matçdan ibarət 17 günlük turnir sabahkı Avstriya – Bosniya və Herseqovina qarşılaşması ilə başlayacaq. Turnirin açılışı isə Azərbaycan – Portuqaliya görüşündən öncəyə planlaşdırılıb. A qrupunda mübarizə aparan komandamız tarixinin ilk final mərhələsinə Təbriz Həsənovun rəhbərliyi altında çıxacaq. 1/4 finala vəsiqə verən ilk iki yer uğrunda mübarizədə komandamız Belçika və Şotlandiya ilə də üz-üzə gələcək.

Bu, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü böyük futbol turniridi. İlk belə yarış 31 il öncəyə təsadüf edib. 1985-ci ildə SSRİ-də keçirilən U-20-lər arasında dünya çempionatında D qrupunun görüşləri və 1/4 finalın 1 matçı ölkəmizdə keçirilib. 2012-ci ildə isə qızlardan ibarət U-17-lərin dünya çempionatında 16 yığma Azərbaycana gəlib. Bakı ilə yanaşı, Lənkəranın da oyunlara ev sahibliyi etdiyi turnirdə 32 matç keçirilib.

Yığmamız kimi hakimlərimiz də çempionatın iştirakçıları arasında yer alıb. FİFA refferiləri Əliyar Ağayevlə Orxan Məmmədov turnirdə ehtiyat hakim kimi ədaləti qorumalıdı. Onlardan başqa hakim-inspektor Asim Xudiyev də yarışa təyinat alıb.

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi

Qrup mərhələsi

A qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya

B qrupu: Almaniya, Ukrayna, Avstriya, Bosniya və Herseqovina

C qrupu: İngiltərə, İsveç, Fransa, Danimarka

D qrupu: İtaliya, İspaniya, Hollandiya, Serbiya

I tur

5 may

A qrupu

19:00. Belçika – Şotlandiya

8-ci km qəsəbə stadionu

20:00. Azərbaycan – Portuqaliya

Bakı Olimpiya Stadionu

B qrupu

17:00. Ukrayna – Almaniya

8-ci km qəsəbə stadionu

14:00. Avstriya – Bosniya və Herseqovina

Bakı Olimpiya Stadionu

6 may

D qrupu

14:00. İtaliya – Serbiya

“Qarabağ” stadionu

15:30. Hollandiya – İspaniya

“Dalğa Arena”

C qrupu

19:00. Fransa – Danimarka

“Dalğa Arena”

19:00. İngiltərə - İsveç

“Qarabağ” stadionu

II tur

8 may

A qrupu

19:00. Azərbaycan – Belçika

8-ci km qəsəbə stadionu

15:30. Portuqaliya – Şotlandiya

“Dalğa Arena”

B qrupu

14:00. Ukrayna – Avstriya

8-ci km qəsəbə stadionu

19:00. Almaniya – Bosniya və Herseqovina

“Dalğa Arena”

9 may

C qrupu

20:00. Fransa – İngiltərə

“Qarabağ” stadionu

14:00. Danimarka – İsveç

Bakı Olimpiya Stadionu

D qrupu

16:00. İtaliya –Hollandiya

“Qarabağ” stadionu

17:00. Serbiya – İspaniya

Bakı Olimpiya Stadionu

III tur

11 may

A qrupu

16:00. Şotlandiya - Azərbaycan

8-ci km qəsəbə stadionu

16:00. Portuqaliya - Belçika

“Dalğa Arena”

B qrupu

19:15. Bosniya və Herseqovina - Ukrayna

8-ci km qəsəbə stadionu

19:15. Almaniya - Avstriya

“Dalğa Arena”

12 may

C qrupu

19:00. İsveç - Fransa

“Qarabağ” stadionu

19:00. Danimarka - İngiltərə

Bakı Olimpiya Stadionu

D qrupu

14:00. İspaniya – İtaliya

“Qarabağ” stadionu

14:00. Serbiya - Hollandiya

Bakı Olimpiya Stadionu

1/4 final

14 may

1. 15:00. A1 – B2

“Dalğa Arena”

2. 20:00. B1- A2

“Dalğa Arena”

15 may

3. 16:00. C1 – D2

8-ci km qəsəbə stadionu

4. 20:00. D1 – C2

8-ci km qəsəbə stadionu

1/2 final

18 may

15:00. 1-ci cütün qalibi – 3-cü cütün qalibi

Bakı Olimpiya Stadionu

20:00. 2-ci cütün qalibi – 4-cü cütün qalibi

Bakı Olimpiya Stadionu

Final

21 may, 20:00

Bakı Olimpiya Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR