Əmanətlərin Sığortalanması Fondunda 40 milyon manat qalıb

Əmanətlərin Sığortalanması Fondunda 40 milyon manat qalıb
# 03 mart 2016 09:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Lisenziyaları ləğv olunan "Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın əmanətçilərinə bu günədək ümumilikdə 93 mln. manat vəsait ödənilib.

"APA-Economics" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fondun hələ müəyyən qədər vəsaiti var və əlavə vəsait cəlb etməyə ehtiyac yoxdur: "Adıçəkilən üç banka ödənilməli olan kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hal-hazırda Fondun 40 milyon manat vəsaiti qalıb. Vəsaitimiz var, buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Kompensasiyaların ödənilməsi üçün gündəlik olaraq 3-4 milyon manat sərf olunur".

A. Cavadov əlavə edib ki, zərurət yarandığı halda, Fond Mərkəzi Bankdan 20 mln. manat cəlb edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR