Con Kerrinin Gürcüstana səfəri başlayıb

Con Kerrinin Gürcüstana səfəri başlayıb
# 06 iyul 2016 11:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ dövlət katibi Con Kerrinin Gürcüstan səfəri başlayıb.

APA-nın “Georgia online” portalına istinadən verdiyi məlumata görə, dövlət katibi səfər çərçivəsində prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək. Bundan başqa, C. Kerrinin bəzi müxalifət partiyalarının liderləri ilə görüşü də nəzərdə tutulub.

İyunun 7-də dövlət katibi Gürcüstandan Ukraynaya yollanacaq. Ukrayna rəsmiləri ilə danışıqların ardından C. Kerri iyunun 8-9-da keçiriləcək NATO-nun sammitinə qatılmaq üçün Varşavaya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR