Əbülfəs Qarayev: “Artistlərə deyə bilmərəm ki, vuruşmasınlar”

Əbülfəs Qarayev: “Artistlərə deyə bilmərəm ki, vuruşmasınlar”
# 19 oktyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil”.


APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ölkə başçısı tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla bitmiş hesab etməməlidirlər: “O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR