Masallıda diaqnostik qiymətləndirmə imtahanlarına beş minə yaxın müəllim cəlb olunub

Masallıda  diaqnostik qiymətləndirmə imtahanlarına beş minə yaxın  müəllim cəlb olunub
# 04 dekabr 2015 15:08 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Bu gündən başlayaraq Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanları start götürüb. APA-nın cənub bürosunun məlumatına görə, 3 gün ərzində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500-dən çox müəllimin iştirakı nəzərdə tutulub. Nəzarətçilərin müşahidəsi ilə keçən imtahanlarda eyni zamanda 500 nəfərin imtahan verməsi üçün şərait yaradılıb.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunur.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin sözlərinə görə, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir və 6 bal toplaya bilməyən müəllimlər imtahandan keçməmiş hesab olunurlar: ”Doğrusu, biz gözləmirik ki, 6 bal toplaya bilməyən müəllim olsun. Amma elə müəllimə rast gəlindiyi təqdirdə onun maaşı qalxmayacaq. Ümumilikdə isə gələn ilin yanvarından müəllimlərin maaşı orta hesabla 30-40 faiz qaldırılacaq, amma dəqiq faiz müəllimlərin stajından və dərs yükündən asılı olacaq”.

Qeyd edək ki, imtahanların gedişini Təhsil Nazirliyin əməkdaşları və xüsusi hazırlanmış müşahidəçilər izləyir. Eyni zamanda zalda quraşdırılmış veb-kameralar vasitəsi ilə birbaşa Təhsil Nazirliyindən də imtahanları izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR