Sabah hava küləkli olacaq, qısamüddətli yağış yağacaq

Sabah hava küləkli olacaq, qısamüddətli yağış yağacaq
# 29 may 2016 09:56 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. .

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19 dərəcə isti, gündüz 23-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Mayın 30-da Azərbaycanın rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR