Göyçayda yanğın olub, xəsarət alan var

Göyçayda yanğın olub, xəsarət alan var
# 26 mart 2016 07:21 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçayda güclü yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 02:30 radələrində Göyçay şəhərinin Əhməd Cavad küçəsində baş vermiş hadisə nəticəsində xeyli sayda mal-qara yanaraq tələf olub.

Şəhər sakini, 1964-cü il təvəllüdlü Mustafayeva Şəkurə Əliqulu qızına məxsus evin həyətindəki tövlədə baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 84 kv.m olan tövlə yanaraq yararsız hala düşüb. Yanğın zamanı tövlənin içərisindəki 10 baş inək və 5 baş buzov yanaraq tələf olub. Həmçinin tövlənin damındakı 5 ton yanıb.

Hadisə zamanı ev sahibinin qızı, 1985-ci il təvəllüdlü Mustafayeva Nərgiz Fizuli qızı yanıq xəsarətləri alıb. O, Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı ev sahibinə 10 min manatdan çox maddi ziyan dəyib.

Yanğınsöndürənlər tövlədən 4 baş iri buynuzlu heyvanı xilas ediblər, alovun yaxınlıqdakı evə və digər tikililərə keçməsinin qarşısını alıblar. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR