Xarkov-Bakı qatarında qaçaqmal dərman aşkarlanıb

Xarkov-Bakı qatarında qaçaqmal dərman aşkarlanıb
# 21 iyun 2016 08:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynadan Azərbaycana pestisid adlı kimyəvi maddənin keçirilməsinin qarşısı alınıb.

APA-nın “kharkov.dozor.ua” saytına istinadən verdiyi məlumata görə, Ukrayna-Rusiya sərhədindəki “Topolya” sərhəd buraxılış məntəqəsində Xarkov-Bakı istiqamətində hərəkət edən qatara baxış keçirilən zaman sərhədçilər 135 şüşə qabda ağac, meyvə və tərəvəzlərdəki ziyanvericilərə qarşı istifadə olunan pestisid aşkar ediblər.

Ukrayna Gömrük Məcəlləsinin pozulması faktı ilə bağlı protokol tərtib olunub. Qaçaqmal götürülərək gömrük anbarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR